adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Mart 2021 15:00
33709
DÜNYA
A- A+

VAKSİN BAZARINDA QALMAQAL

Belə getsə "ortada qalanın" canı çıxacaq

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays mütamadi keçirdiyi  brifinqdə bəyan edib ki, Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan kütləvi informasiya vasitələri, koronavirusa qarşı hazırlanan amerikan vaksinləri barədə dezinformasiya yaymaqla məşğjuldular.
 

Brifinqdə iştirak edən jurnalistlər ondan "The Wall Street Journal" qəzetində Rusiya kəşviyyat orqanlarının nəzarətində olan mətbu yayımlarda Qərbin koronavirusa qarşı hazırladığı vaksinlərin guya təhlükəsiz olmadığı barədə apardığı təbliğatla bağlı şəhr verməsini istəyiblər. Prays: "Bizim Qlobal Mərkəzimiz  təsdiq ediri ki, Rusiya kəşviyyatının nəzarəti altında olan  dörd onlayn -platforması dezinformasiya yaymaqla məşğuldur. Bu saytlar ABŞ-ın Ərzaq və Tibbi dərmanlarının keyfiyyətinə nəzarət edən idarəsi tərəfindən təsdiq edilmiş koronavirusa qarşı iki vaksin barədə dezinformasiya yayırlar"-deyə bildirərək, əlavə edib ki, " Yəqin Rusiya köhnə metodlarına qayıdaraq hər gün insanların sağlamlığını qoruyan vaksinlər barədə dezinformasiya yaymaqla, onların həyatlarını təhlükəyə salmağa çalışır".
 

Mətbuat xidmətinin rəhbəri dörd saytın adını çəkməsə də, "The Wall Street Journal" dezinformasiya yayan saytların, Rusiya Federal Təhlükəsizxlik Xidmətinin  nəzarətində olan "New Eastern Qutloq", "Oriental Review", "News Frot" və Baş Kəşviyyat İdarəsinin nəzarətində olan "Ribel İnside" olduğunu bildirir.
 

 "News Front" saytı yanvar ayında dərc etdiyi məqalədində, Pfizer və ya Modena vaksinlərini qəbul edən insanlarda Bella iflici yaratmaq təhlükəsi olduğunu bildirib. "News Eastern Qutlok" saytı noyabr məqaləsində Pfizer vaksininin eksprimental texnologiya ilə hazırlandığını, bu vaksində dəqiqlik çatmadığını və Bill Qeytsin və prezident  Baydenin Covid -19 üzrə tibb sahəsi üzrə  məsləhətçisi Entoni Fauçinin tapşırığı ilə tələsik tədbiq edildiyini bildirib. Bu məlumatlar sürətlə beynəlxalq xəbər saytlarında tirajlanıb.
 

Rusiya tərəfi Nid Praysın bu bəyənatına cavab verib. Putinin mətbuat katibi Dmitri Peskov bilditib ki, Rusiya hökumətinin yayılan dezinformasiyalarla heç bir əlaqəsi yoxdur. " Bizdə  Rusiya istehsalı olan "Sputnik -V" vaksini ilə bağlı amerikan xüsusi xidmət orqanlarının nəzarəti altında olan beynəlxalq KİV-lərin demək olar ki, hər saat yaydıqlarl dezinformasiyalar barədə bəyan edə bilərik"- deyə Peskov bildirib.
 

Bir sözlə, belə görnür ki, dünyaya sırınan bu koronavirus bəlasının vaksin "müharubəsi" hələ çox davam edəcək. Yenə nəhənglərin davasında arada qalan üçüncü dövlətlər olacaq. Rusiyadan vaksin alanlar ABŞ-ın sanksiyalarına, ABŞ-dan vaksin alanlar Rusiyanın təhdidləri ilə üzləşəcək. 

Rüstəm Hacıyev