adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İyli corab köməyiniz olsun - Orxan Saffari yazır

Orxan Saffari
48727 | 2021-03-09 13:48

Feminizm- cinslər arasında bərabərliyi təşviq edən sosial-fəlsəfi cərəyan, ictimai-siyasi hərəkatdır. Yəni, "əsl" feminizm budur. Odur ki, bunun bizim ölkə feminstləri ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Hətta, mənə elə gəlir ki, bir qədər xəbərsizdirlər də.

Könül istərdi ki, bizim boşanmış, ailədən imtina edən, yaxud da ailənin imtina etdiyi "dalğa"-sız, kişi düşməni feminstlər də bunu anlasın.

Ya da, iyli corab köməyiniz olsun.

Hazırda ölkədə 3-5 adı qabarıq olan, guya ki, feminst sayılan qızlar, yaxşı olardı ki, seksual maraqlarını sonrakı plana salsın. Aydındır, cəmiyyətdə seksual məsələlərin nə yerdə olduğu göz önündədir, amma hazırda aparılan mübarizə üsulu da yanlışdır. Bu vəziyyətlə ən yaxşı halda şoumen ola bilərsiniz, necə ki, eləsiniz də. (Tədbir və yürüşləriniz bunu göstərir.)

Digər bir tərəfdə də qrant məsələsidir ki, o da ən yaxşı halda burnunuzdan gəlsin. Bundan artıq nə deyə bilərəm ki? Mənim sizlərə klassik ailə dəyərlərindən, inistitutundan söz açmağa həm həvəsim yoxdur, həm də anlamayacağınızı da yaxşı bilirəm. Dəyərləri deqredasiyaya uğramış adamlara nə danışacam ki? Amma siz yenə də Saffarini qəribçiliyə salmayın.

Əvvəla, özünü liberal, sosialist, mədəni feminst adlandıranların demək olar ki, ( əgər varsa) hamısı radikal feministlərdir və öz aləmlərində də guya patrialxal cəmiyyəti məhv edəcəklər, bir növ dominantlıq da bunların əlinə keçəcək. Şair yaxşı deyib;

 Get, dolmanı bük. Zarafat edirəm, bunu şair deməyib. Amma şairlər də arvadlarına belə deyə bilir yəni. Belə də, dolma bükməkdə ayıb nə var ki? Sözüm mətbəxdən uzaq.

Məsələn, indiki şəraitdə yaxşı olardı ki, liberal feminst olasınız. Yəni, kişi və qadın arasında müəyyən fərqlərin olduğunu anlamaq, qəbullanmaq lazımdır. (Onsuz da belədir, fərq çoxdur) Birbaşa inkarlıq baş tutası iş deyil. Nə də, sizdən anarxist çıxmaz. O cümlədən də, sosial feminst olmaq daha məqbuldur. Məlumatınız yoxdursa, məlumatlanın ki, birinci və ikinci dalğa feminstlərin mübarizəsi necə oldu, nə yerdədir. Məncə, gözəl. Hüquqlar bərqərar oldu.

Ona görə də Pro-Sex, Lipstick Lesbian, Girl Power zamanı deyil. Daha da əhəmiyyətli məsələlər var.. Orqanlarınız üzərindən heç nəyə nail ola bilməyəcəksiniz bu məsələlərdə.

Qadın intiharları, qətilləri siyasidir deyib, rəngli amma boş başınızı düşünməyə vadar eləsəniz, yaxşı olacaq.

Yəni, yoldaşə xanımlar, hal-qəziyyə budur ki, bu status-kvonun dəyişməyinə də hələ çox var. Bu cür yollarla isə heç dəyişə bilməyəcəksiniz. Zaman artıq dəyişib, əvvəlki kimi konservativlik də yoxdur. Lazımdır, mübarizə lazımdır. Amma bu mübarizə ilə siz heç nə edə bilməyəcəksiniz. Əksinə, daha çox nifrət qazanıb, daha çox tədric olunacaq, əxlaqsız, küçə qadını damğasından o tərəfə bir şey olmayacaqsınız. İstismar olunacağınız da aydın məsələdir. Odur ki, bu corablarla olan düşmənliyi də qoyun qırağa. Mətbəx cəhənnəm deyil. Nə olsun ki, alov var? Heç siz də zəncirlənmiş prometeya deyilsiniz.

İstədim, düşünəsiniz.

TƏQVİM / ARXİV