adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Mart 2021 09:44
37363
TEXNOLOGİYA
A- A+

iPhone işlədənlərin NƏZƏRİNƏ: “WhatsApp” bəzi smartfonlarda işləməyəcək

“WhatsApp” messenceri “iPhone”un “iOS 9” və daha aşağı əməliyyat sistemlərində işləməyi dayandıracaq.

Bu barədə “WABetaInfo” məlumat verir.

Bildirilir ki, tətbiqin son 2.21.50.11 beta versiyasında “iOS 9” əməliyyat sistemi üçün dəstək nəzərdə tutulmayıb.

“WhatsApp” hələ ki, bu məlumatı təsdiqləməyib.