adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Mart 2021 21:32
23153
DÜNYA
A- A+

İslandiyada ilk qaradərili miqrantın heykəli ucaldılacaq

İslandiyada ilk qaradərili miqrantın heykəli ucaldılacaq.

“Korrespondent” xəbər verir ki, bu məqsədlə ölkə büdcəsindən 20 min avro ayrılıb.  

Abidə Dyupivoqryu şəhərində quraşdırılacaq.

Qeyd edək ki, İslandiyaya 1802-ci ildə köçmüş Hans Yonatan ölkənin ilk qaradərili sakini hesab olunur. Onun şərəfinə ucaldılacaq abidənin müəllifi Siqurdyur Qudmundsson olacaq.

Hans Yonatana gəlincə, o əvvəllər Danimarkada yaşayıb. Lakin quldarlığının ləğv olunması və öz azadlığı uğrunda məhkəmə işini uduzduqdan sonra İslandiyaya köçərək, burada azad şəkildə ömrünü başa vurub. Hazırda adada onun nəslindən olan 100 minədək şəxs yaşayır.(oxu.az)