adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Mart 2021 19:10
24756
HADİSƏ
A- A+

Xaçmazda dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon mərkəzindəki “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.