adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2021 10:58
21052
DÜNYA
A- A+

Roma papası İraq şiələrinin lideri ilə görüşüb

Roma papası I Fransisk İraqa səfəri çərçivəsində Nəcəf şəhərində İraq şiələrinin lideri, ayətulla Əli əl-Sistani ilə görüşüb.

Trend-in məlumatına görə, bu din xadimləri arasında ilk görüş olub.

Təxminən yarım saata yaxın davam edən görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, 90 yaşlı Əli əl-Sistani çox nadir hallarda görüşlər keçirir.

Roma papası koronavirus pandemiyası başladıqdan sonra ilk səfərini İraqa edib. Səfər martın 8-dək davam edəcək.