Madrid derbisini buraxacaq
“Real”ın zədəli futbolçusu Mariano Diasın durumu məlum olub.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu La Liqanın 26-cı turunda “Atletiko” ilə keçiriləcək səfər matçını buraxacaq.
Diasın nə vaxt sıraya dönəcəyi hələlik bilinmir. 2018-ci ildən “Real”da çıxış edən hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub.
Qeyd edək ki, “Atletiko” – “Real” matçı martın 7-də keçiriləcək.