adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2021 20:37
22737
SAĞLAMLIQ
A- A+

İsrailli həkim: “O gözlə maşın da idarə etmək olar” - VİDEO

“Biz səkkiz nəfərlik tibbi heyət və yerli həkimlərin dəstəyi ilə qazilərin müayinə və əməliyyatını həyata keçiririk. Qısa müddət ərzində artıq bir çox qazini müayinədən keçirmişik”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında israilli həkim Yişay Falik bildirib.

Onun sözlərinə görə, onların əksəriyyəti artıq kosmetik protezlərlə təmin olunublar:

“Protezlərin öncədən parametrləri nəzərə alınaraq xüsusi olaraq İsraildə hazırlanıb. Eyni zamanda, müəyyən sahələr üzrə göz əməliyyatları icra olunur. Arif Hacıyev adlı qaziyə gözündə əməliyyat aparılıb.

Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində həmin şəxsin gözü hazırda 20 faiz görə bilir. Hətta mən deyərdim ki, o gözlə sükan arxasında oturub, maşını da idarə etmək olar”.

Xarici həkim dünən qazilərin birin keçirdiyi ağır əməliyyatdan da danışıb:

“Çox ağır bir əməliyyatı idi. Həmin əməliyyatın müddəti 4,5 saat çəkdi. Hazırda da əməliyyatlar davam edir, qazilərə protezlər yerləşdirilir”.