adalet.az header logo
  • Bakı 20°C
04 Mart 2021 19:34
19115
DÜNYA
A- A+

Almaniya karantin qadağalarını yumşaldır

Almaniya kansleri Angela Merkel ölkənin koronavirus məhdudiyyətlərinin yumşaldılacağını açıqlayıb.

 Bu barədə “RİA Novosti” xəbər yayır.

Merkel bildirib ki, 8 martdan etibarən virusa yoluxma halının hər yüz min nəfərə həftədə 50 yeni yoluxma göstəricisini keçməyən bölgələrdə pərakəndə satış mağazaları açılacaq.

Bu göstəricinin daha yüksək olduğu ərazilərdə isə onlayn fəaliyyətə davam edəcəklər.

Eyni zamanda, 22 mart tarixindən etibarən xəstələnmə nisbəti az olan bölgələrdə ictimai iaşə müəssisələri, xəstələnmə nisbəti yüksək olan ərazilərdə isə restoranlar və açıq havada olan kafelər əvvəldən qeydə alınmaqla açıla bilər.

Oxşar sxem teatrlara, konsert və opera salonlarına və kinoteatrlara müəyyən şərtlər daxilində tətbiq ediləcək.

Məhdudiyyətlərin yumşaldılması barədə qərarın ərazi orqanları tərəfindən veriləcəyi qeyd olunur.