adalet.az header logo
  • Bakı 11°C
04 Mart 2021 15:29
19872
MƏMLƏKƏT
A- A+

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Adalet.az-ın məlumatına görə, fond tərəfindən bu günə qədər 2 775 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 4 261 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 1 545 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, Fond tərəfindən 13 104 şəhid ailəsi üzvləri və yaralı ziyarət olunub.