adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Mart 2021 14:38
18468
DÜNYA
A- A+

Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistan hakimiyyəti diz çökməli və xalq qarşısında üzr istəməli idi.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

O bildirib ki, həmin bəyanat Ermənistan tərəfinin xoşuna gəlmir:

"Amma daha yaxşı saziş əldə etmək üçün müharibələri udmaq, ya da heç olmasa uduzmamaq lazımdır. Noyabrın 10-da Ermənistan hakimiyyəti diz çökməli, xalqdan üzr istəməli və ləyaqəti olsa idi, özünü güllələməli idi".