adalet.az header logo
  • Bakı 18°C
04 Mart 2021 09:28
33372
KRİMİNAL
A- A+

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.