adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2021 22:50
27224
İDMAN
A- A+

Ronaldo “Yuventus”la müqaviləni uzatmaq istəyir

“Yuventus”un 36 yaşlı hücumçusu Kriştiano Ronaldo klubla müqavilənin müddətini uzatmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Alfredo Pedulla məlumat yayıb. Bildirilir ki, belə bir təkliflə futbolçunun yaxın ətrafı çıxış edib. Onlar 2023-cü ilin yayına qədər müqavilə bağlanmasında maraqlıdırlar.

Amma “Yuventus” rəhbərliyi buna cavab verməyib. Bildirilir ki, klub gələn il futbolçunun durumuna uyğun olaraq qərar verəcək.