adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Mart 2021 14:13
23130
MƏDƏNİYYƏT
A- A+

“Televiziyalara bayağı musiqiləri təbliğ edənlər çıxarılanda...” - SƏRT CAVAB VERDİLƏR

Tarix Əliyevin aparıcısı olduğu verilişdə Gülbahar xanımdan, Gövhər xanımdan başqa mənə qarmon ifaçısı göstərin. Ceyran xanımdan sonra tarda bir tək Humayı görürəm. Rəmişdən sonra cavan bir gitara ifaçısı göstərin ki, onun ifaları məni ağlatsın. Yoxdur” deməsi gənc musiqiçiləri özündən çıxardı. Sosial şəbəkədə Tarix Əliyevin fikirləri sərt tənqid edildi, ona Konservatoriyaya getməyi və oradakı istedadlıları tanımağı məsləhət bilib ittiham etdilər. Adalet.az saytı olaraq məsələ ilə bağlı bir neçə gənc ifaçının fikirlərini öyrəndik:

Kamança ifaçısı Təbriz Yusubov: “Tarix bəyin bu məsələyə toxunması yaxşı mənada qaysaqlanmış yaranın üzərini açdı. Əslində gənc ifaçılar var və yetişməkdə də davam edir. Sadəcə onlar üçün meydan yoxdur. Tarix bəy qeyd edir ki, gənc gitara ifaçıları arasında eləsi yoxdur ki, onun ifasını dinləyib ağlayım. Ola bilər gənc gitara ifaçıları arasında Tarix bəyin zövqünü oxşayanı yoxdur və ya heç onların ifasını dinləməyib. Ona görə bu fikirdədir. Amma bu o demək deyil ki, gənc ifaçılar yoxdur və ya yetişmir. Gənc gitara ifaçılarından Teymur Şahmarov, Ramal İsgəndərli, Teymur Orucov var. Özü də çox gözəl və istedadlı ifaçılardır. Hətta qarmon alətinin də layiqli qadın davamçılarından var. Onun da adı Gülbahar Məmmədzadədir. "Gənc ifaçılar yetişmir" deyən insanlar bir az araşdırma aparsa, verilişlərinə dəvət etmək üçün axtarış etsələr, nə qədər gənc ifaçının yetişdiyinin şahidi olacaqlar. Televiziyalara bayağı musiqiləri təbliğ edənlər çıxarılanda əlbətdə ki, gənc ifaçılar gözəgörünməz olacaq”.

Gitara ifaçısı Teymur Şahmarov: “Gözəl ifaçılar var və hər zaman olacaq, sadəcə telekanallar işıqlandırsa, Tolik bəy və o cümlədən, digər insanlar onları tanımış olar. Çox heyif ki, cavan nəsil musiqiçilər heç diqqət mərkəzində deyil, ona görə də inkişafa doğru heç bir maraq yoxdur, bu barədə çox danışmaq olar, amma gərək kimlərəsə maraqlı olsun ki, biz də danışaq. Bizə diqqət göstərib fikrimizi öyrəndiyiniz üçün çox sağ olun. Bəlkə, bundan sonra gənc nəsil yaxşı ifaçılar yada düşər”.

Qarmon ifaçısı Fuad Göyüşov: “Aygün Zeynalova, Gülbahar Məmmədzadə qarmon ifaçılarıdır ki, Tarix Əliyev onları tanımır. Adını çəkdiyim ifaçıların hər ikisi gözəl musiqiçidir.  Gəncdirlər, xanımdırlar və gözəl də ifa edirlər. Digərləri də var, lakin yadıma düşənlər bunlardır. Yəqin ki, efirlərə çağırılmadığı üçün onları tanımırlar. Bir çox bacarıqlı, istedadlı insturmental ifaçılıqla məşğul olan sənətçilərimiz var ki, gündəmdə deyillər. Bu gün efirlərin başı meyxanaya, musiqili meyxanaya qarışıb, odur ki, belə ifaçılarımız kənarda qalıb. Kaş ki, maraqlanalar, görələr ki, həmin ifaçılar necədirlər. Şəxsən məndən siyahı istəsələr, istedadlı gənclərin adlarını təqdim edərəm”.

Rövşən Tahir