adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Mart 2021 14:08
16984
DÜNYA
A- A+

Gürcüstan və Türkiyə XİN başçıları görüşüb - FOTO

Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Bununla bağlı Gürcüstan XİN rəhbəri “Twitter” hesabından paylaşım edib.

“Dostum və həmkarım Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin gündəliyini müzakirə edirik”.

O, türkiyəli həmkarına səmimi qarşılandığına görə minnətdarlığını bildirib.

Zalkalianinin Türkiyə Prezidentinin köməkçisi Fuat Oktayla da görüşü planlaşdırılır.