adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Mart 2021 21:32
19948
DÜNYA
A- A+

Paşinyan referendum elan etdi

Ermənistanda cari ilin oktyabr ayında yeni konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika Meydanında keçirilən mitinqdə deyib.

Onun sözlərinə görə, hazırkı konstitusiyada çatışmazlıqlar mövcuddur.

“İnanırıq ki, ən yaxşı seçimi edəcəyik. Proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”, - deyə baş nazir vurğulayıb.