adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Mart 2021 23:00
22631
DÜNYA
A- A+

Qlobalistlər Ağ Evə qayıtdılar, Türkiyə necə davranacaq? - Rusiyadan PROQNOZ

“İndi Türkiyənin birmənalı geosiyasi vektorundan danışmaq çətindi, ölkə NATO-nun üzvü olaraq qalır. Ancaq fərqli mövqe tutmağa və Şərqdə alternativ sivilizasiya qütbünün formalaşmasına meyllər var”.

Bunu “İzborsk” klubunun üzvü, Geopolitik Ekspertiza Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatı sədrinin müavini Valeri Korovin Media.az-a müsahibəsində deyib.

“Ankaranın İran ilə, Suriya ilə (bütün mövcud ziddiyyətlərə baxmayaraq), Rusiya ilə münasibətləri normallaşdırmaq vacibdir (İŞİD-i və Qərb tərəfindən yaradılan digər terror şəbəkələri məhv etmək üçün). Bu, yeni alternativ yaratmaq üçün konstruktiv siyasət olacaq”.

Korovin hesab edir ki, Türkiyə Ağ Evə dönən qlobalistlərə qarşı çıxacaq:

“Zənnimcə, Türkiyə indi bir yol ayrıcındadır, lakin çox şey Ankaranın çoxqütblü bir dünya modeli olan Avrasiya geosiyasətinə meyl etdiyini və buna görə Ağ Evə dönən qlobalistlərə qarşı çıxacağını göstərir. Yeri gəlmişkən, hərbi çevrilişə cəhdi elə onlar təşkil etdilər, bunun arxasında ABŞ-da yaşayan müxalifətçi Gülən dururdu”.