adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2021 21:48
15028
MƏMLƏKƏT
A- A+

Martda neçə gün evdə olacağıq?

Mart ayının istirahət günləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, martın 8-də Beynəlxalq Qadınlar günüdür.

Martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si və 21-i şənbə və bazar günlərinə təsadüf etdiyi üçün müvafiq olaraq martın 25-i və 26-sı qeyri-iş günləri hesab edilir.

Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.

Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 14 gün istirahət günü olacaq.