adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2021 15:49
17535
GÜNDƏM
A- A+

DİQQƏT! İSTANBULA GETMƏYİN ƏN UCUZ VARİANTI

Deməli, oturursan taksiyə, təxminən 25-30 manat verib gedirsən Qırmızı körpüyə. Ordan keçirsən Gürcüstana, ordan da 5 manat verib gedirsən Tiflis aeroportuna. Bizim pulla 110 manat verib (68 dollar) uçursan İstanbula. İşini görəndən sonra «abratnı» qayıdırsan. Bu da edir təxminən 300 manat.

Qeyd: Bizdən yanacaq alan Gürcüstandan İstanbula təyyarə bileti 110 manat, dünyaya yanacaq satan Azərbaycandan İstanbula AZALın satdığı bilet isə 600-800 manatdır.

Görünür, ona görə viza ləğv olundu və şəxsiyyət vəsiqəsi ilə yollar açıldı ki, onsuz da bu qiymətə İstanbula gedib-gələn olmayacaq.