adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2021 20:27
23833
MƏDƏNİYYƏT
A- A+

Nazir idarə rəhbərini işdən çıxardı

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Adalet.az Report-a istinadla xəbər verir ki, idarənin rəisi Vüsal Nəsirli tutduğu vəzifədən azad edilib.

V.Nəsirli əvvəllər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, şəhər icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, son illər Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrində çalışıb.