adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2021 17:36
16579
MƏMLƏKƏT
A- A+

Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov

Bakıda 12 saat yağan qar müəyyən mənada fövqəladə vəziyyət kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib. O qeyd edib ki, havanın qəfil kəskinləşəcəyi öncədən bəlli idi və BŞİH hər vəziyyətə hazır idi:

“Fevralın 24-ü gecə saatlarından BŞİH əməkdaşları, rayon icra hakimiyyətlərinin başçıları və aparatının işçiləri, kommunal sahədə çalışanlar səhərə kimi işlədilər. Onun nəticəsidir ki, 24-ü səhər saatlarında tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.

E.Əzizovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uzun zamandan sonra Bakıda 12 saat dayanmadan qar yağdı və bəzi yerlər bir neçə dəfə təmizlənməli oldu:

“Təbii ki, biz öz zəif yerlərimizi də görürük, ancaq buna baxmayaraq, kommunal xidmətin işçiləri öz vəzifələrini yükəsk səviyyədə yerinə yetirdilər.