adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Fevral 2021 16:49
19709
DÜNYA
A- A+

Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır

Çexiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 1-dən etibarən ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edir.

Adalet.az-ın məlumatına görə, növbəti 3 həftə müddətində sakinlərə yaşadıqları rayonun hüdudlarını tərk etmək qadağan olunacaq.

Bu qadağa yalnız işlə bağlı səfərlərə və tibbi məqsədlərlə gediş-gəlişə şamil olunmayacaq. Eyni zamanda ölkədə pandemiya ilə bağlı fövqəladə vəziyyət rejiminin müddəti martın 28-dək uzadılıb.

Qeyd edək ki, Çexiyada bu günədək 1,2 milyondan çox şəxs koronavirusa yoluxub, 20 minə yaxın xəstə ölüb. Son iki həftədə ölkədə 133 mindən çox yoluxma qeydə alınıb.