adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Fevral 2021 14:05
15063
MƏMLƏKƏT
A- A+

Karantin qaydalarına riayət etməyən daha bir kafe aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, obyektin icarədarı E. Ağayev və işçisi F. Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimə olunublar.