adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2021 21:33
25662
İDMAN
A- A+

Obameyanq birinci oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq birinci olub. O, səsvermədə  "Tottenhem"dən Dele Alli, "Reyncers"dən Alfredo Morelos və "Molde"dən Andreas Lindeni qabaqlayıb.

Qeyd edək ki, Obameyanq Avroliqanın 1/16 finalında "Benfika" ilə cavab oyununda (3:2) dubla imza atıb.