Allahşükür Paşazadə "Ana fəryadı" abidəsini ziyarət edib
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət ediblər.
QMİ-nin Mətbuat Xidmətindən Adalet.az - a verilən məlumata görə, din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhları üçün dualar ediblər.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16