adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2021 17:47
18619
DÜNYA
A- A+

“Ordunu qəzet redaksiyasına çeviriblər” - Zakaryan

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsində yaşanan hadisələri şərh edib.

Azvision.az xəbər verir ki, o baş nazir Nikol Paşinyanın ordunu oyuncağa çevirməsindən şikayətlənib.

"Baş qərargah rəisi Movses Akobyanı köhnə komandadan qaldığı üçün vəzifəsindən azad etdi. Daha sonra karantində oğluna toy etdiyi üçün baş qərargah rəisi Artak Davtyanı işdən qovdu. Nəhayət, indi də eyni vəzifəni daşıyan Onik Qasparyana həqiqəti söylədiyi üçün işindən uzaqlaşmasını təklif etdi. Bu adamlara elə gəlir ki, silahlı qüvvələr qəzet redaksiyası kimi bir şeydir. Hər hansı bir səbəbdən və ya səbəbsiz, nə vaxt gəldi istənilən adamı çıxaracaqlar. Diqqət yetirdinizsə, təxminən üç ildə baş qərargah rəisi ilə bağlı iki dəyişiklik, bir dəfə isə buna cəhd olub. Özü də heç bir ciddi səbəb olmadan. Yəni ordudakı təhlükəsizlik, döyüş hazırlığı və qoşunların digər məsələləri ilə əlaqəli səbəb yoxdur. Səbəblər tamamilə xırda, ucuz və eqoist davranışlardan doğur.

Yarandığı gündən və 2018-ci ilə qədər 26 il ərzində orduda dörd baş qərargah rəisi dəyişdirildi. 2 il 8 ayda isə üç baş qərargah rəisi dəyişdirildi. Məşhur sualı bir daha təkrarlamalıyam. "Baş Qərargah rəisi sizin üçün oyuncaqdır?". İndi mənə orduya qarşı belə münasibətin müəllifinin "xəstə" olmadığını sübut edən varmı?",- deyə Zakaryan bildirib.