adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Fevral 2021 11:47
25853
DÜNYA
A- A+

Mustafa Şentop: Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TBMM-də Xocalı soyqırımı ilə bağlı anım mərasimində deyib.

O qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır.

M.Şentop 44 günlük Vətən müharubəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu Vətən müharibəsində qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara bir qədər də olsa məlhəm sürə bildi.(trend)