adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2021 11:17
27512
HADİSƏ
A- A+

Bakıda qar daha bir qəzaya səbəb oldu - VİDEO

Qarlı hava Bakıda fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, yolların qarlı olması səbəbindən avtomobil qəzaları davam etməkdədir.

Onlardan biri də, bu gün səhər Bakı dairəvi 1 yolunda, Lökbatan istiqamətində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü yolun qarlı olması səbəbindən idarəetməni itirərək yol kənarına çırpılıb. Ətrafdakı insanların köməyi ilə sürücü maşından çıxarılaraq ilkin yardım göstərilib.