adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Fevral 2021 09:41
26040
HADİSƏ
A- A+

Bakıda yataqxanada yanğın başlayıb

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.

FHN-dən Adalet.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Yanğın binanın dam örtüyündə baş verib

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.