adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Fevral 2021 15:41
34651
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanda 4 məktəb koronavirusa görə bağlanıb

Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.