adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Fevral 2021 22:50
35460
MARAQLI
A- A+

Britaniyalı sevgililərdən qəribə iddia: “Evimizdə ruh var” - FOTO

Britaniyada sevgililər evlərində kabusla bir yerdə yaşadıqlarını düşünürlər. Onlar bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Bu barədə “Daily Mail” xəbər yayıb.

İngiltərənin Mersisayd qraflığının sakinəri 27 yaşlı Darren Pallister və nişanlısı Cessika Meyson evdə yatarkən itlər üçün qoyduqları müşahidə kamerasında qəribə kadrlar görüblər. Onların fikrincə, gecə yarısından sonra çəkilən kadrlarda açıq saç rəngləri olan gəlin silueti görünüb.  

Sevgililərin sözlərinə görə, onlar əvvəllər də evdə kiminsə varlığını, hətta yüngül parfüm qoxusunu hiss ediblər.

Görüntülər sosial şəbəkədə paylaşıldıqdan sonra bir çoxları gənc sevgililəri evlərini tərk etmələrini, bəziləri isə “külü göyə sovurulanadək” yandırmağı təklif ediblər.

Pallister isə paranormal hadisələri araşdıran mütəxəssisə müraciət edib. Onlar kadrları yüksək qiymətləndiriblər.

Ev sahibləri həmçinin yerli tarixçi ilə əlaqə saxlayıb evin əvvəlki sahiblərinin hekayələrini öyrənmək istəyirlər.