adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Fevral 2021 13:53
55305
ŞOU-BİZNES
A- A+

"Ustadını danmısan, məni kimləsə səhv salma" - Qalmaqal böyüdü

"Deyirəm danışmayım, cavab verməyim, olmur. Bir Nigar var, mənə söz atır efirdən. Siz də bilirsiniz ki, mənə söz atır".
Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı "instagram" hesabında Əməkdar artist Nigar Şabanovanın ünvanına səsləndirib:
"Deyir, bəziləri kimi efirə maşın gətizdirib özümü alçatmıram ki. Mən də cavab verdim ki, söylə, bilək, məndən başqa maşın kimə gəlib? Ad çəkməyə hünəri çatmır və deyir ki, özümü onun səviyyəsinə endirmirəm. Necə olur, mənə cavabı Xalq artisti Flora Kərimova verir, sən özünə yaraşdırmadın?
Sən ustadın Mələkxanım Eyyubovanı da danmısan. Atalar deyir ki, ustadına kəm baxanın gözlərinə qan damar.
Məni heç kimlə səhv salma. Get işinlə məşğul ol".
Rövşən Tahir