adalet.az header logo
  • Bakı 18°C
20 Fevral 2021 19:10
37537
İQTİSADİYYAT
A- A+

Sahibkarlar tərəfindən istehsal olunmuş malların həcmi azalıb

2021-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,4 faiz azalaraq 3,6 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,4 faiz azalması hesabına baş verib.

Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artıb. Sənaye məhsulunun 64,9 faizi mədənçıxarma, 29,2 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olub. Ümumi istehsalın 89,9 faizi sənaye məhsullarının istehsalı, 10,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.