adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2021 17:14
64308
ANALİZ
A- A+

TARİXİN NADİR DAŞ YADDAŞI İLƏ 4 GÜN ÜZ-ÜZƏ QALAN ƏSGƏR 

1989-cu ildə Cəbrayıl ş. yaxınlığındakı dağın başında üzərində yazı olan iri daş lövhəyə rast gəldim. Onu qeydə alıb üzünü köçürdüm və o dövrdə qapı-qapı gəzib bir şox tədqiqatçıya (İ.Əliyev, M.Seyidov, C.Cəfərov, Ə Rəcəbov, R.Göyüşov və b.) göstərdim. Əksəriyyər bəzi işarələrin Orxon-Yenisey yazılarına oxşarlığını bildirdi. Özüm də bu bənzərliyi görürdüm. Lakin bu az idi, onun elmi tədqiqinə ehtiyac vardı. Nəhayət, …prof. Əlisa Şükürovun Ankarada bu yazı haqqında çıxışı, Göytürk əlifbasının ilk olaraq Azərbaycanda meydana gəlməsi haqqında fikri, sensasiya kimi qarşılandı…

O zaman çox cəhd etdim ki, həmin daş lövhəni Bakıya – Tarix Muzeyinə gətirək. Mümkün olmadı, Cəbrayıl işğal olundu və 30 il həmin daş haqqında danışanda onun yerini söyləməyə ehtiyat etdik. Rəhmətlik Ə.Şükürovdan da xahiş etdim ki, yazı və çıxışlarında məkanı dəqiq bildirməsin. 30 il o daşın taleyindən nigaran qaldım. Və bu günlərdə gözləmədiyim bir zəng gəldi. II Qarabağ müharibəsi qazisi Səxavət adlı əsgərdən! TƏSADÜFƏ BİR BAXIN: AD Pedaqoji Universitetinin filologiya fakultəsinin məzunu, burada Orxon-Yenisey yazıları haqqında mühazirələr dinləmiş Səxavət 2020-ci ilin oktyabr ayında düz dörd gün Cəbrayıl ətrafındakı həmin strateji yüksəklikdə düşmən atəşi altında həmin yazılı daş lövhə ilə üzbə-üz qalıb, bu yazı ilə “danışıb”. Müharibədən sonra ötən bu dörd ayda o daşı unutmayıb. Axtarıb-arayıb axırda məni tapıb ürəyini boşaltı, “müəllim o çox qiymətli daşdır, onu xilas etmək, onu öyrənmək lazımdır” dedi. Mən isə bu nadir daş abidənin salamat qalmasını eşidib toxdadım.

Təvəkkül Əliyev 

Digər Xəbərlər