adalet.az header logo
  • Bakı 13°C
20 Fevral 2021 16:15
38597
HÜQUQ
A- A+

Xose Bernardonu öldürmək istəyən şəxs yenidən hakim qarşısında

Bakı Apelyasiya Məhkəməsində teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Abutalıb Hüseynovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, A.Hüseynov bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. İttihama görə, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib.