adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Fevral 2021 11:44
54278
ƏDƏBİYYAT
A- A+

ZİYANLI NAĞILLARIMIZ - Qorxmaz İbrahimli yazır

Çox vaxt dediyim fikrimi bir daha yeniləyirəm.

Bizim uşaqlara öyrətdiyimiz nağılları dəyişdirmək lazımdır.

Məsələn, “Cırtdanın nağılı”.

Görün bir nağıl nə qədər zərərli içəriklərə sahibdir:

Yağlı kökə vermək - rüşvət. Cırtdan odun yığmır ki, nənəsi uşaqlara kökə verib, onlar yığmalıdırlar.

Tənbəllik. Kökə verildiyi üçün Çırtdan heç bir iş görmür.

Heyvanlardan uşaqlıqda yaranan qorxu,- nəticəsi heyvanlara nifrət.

Gecə azmış uşaqlar it hürən tərəfə getmirlər ki, it onları yeyər.

İşığa,- nura nifrət. İşıq gələn tərəfə getdilər, divlə rastlaşdılar.

Yalan danışmaq. Gecə divə yemək bişirtdirmək.

Kələkbazlıq. Divi aldadıb çayda batırmaq.

Belə yalan-palan nağıllarla böyüyən uşaqlar məmur olanda xalqı aldatmaqla məşğul olurlar.

Məncə lap körpə yaşlarından uşaqlarımızı dürüstlüyə, çalışqanlığa, kitab oxumağa, zəhmətkeşliyə öyrətməliyik.

Bunun üçünsə Milli İbtidai Təhsil Qanunu hazırlayıb, geniş müzakirə ilə qəbul etmək lazımdır.

Bağçalardan başlamaqla düzgün ibtidai təhsil versək bu millət çox böyük sürətlə öz dövlətini inkişaf etdirəcəkdir.