adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Fevral 2021 15:50
39481
HÜQUQ
A- A+

Ali Məhkəmənin sədri icraatda olan məsələlərdən DANIŞDI

“2020-ci ildə Ali Məhkəmənin icraatında 2019-cu ilə nisbətən az iş olub”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən iclasda bildirilib.

O bildirib ki, bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb:

“Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9  faiz azalıb.  

Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb”.

R.Rzayev qeyd edib ki, Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub:

“Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib”.