adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Fevral 2021 09:52
47594
MARAQLI
A- A+

Dünyanın ən bahalı ovçarkası onlayn hərracda satılıb

Barder-kolli cinsindən olan it Ginnesin Rekordlar Kitabına düşüb.

Lenta.ru portalının məlumatına görə, Uelsin Dolqellau şəhərində yaşayan bir yaşlı heyvan dünyanın ən bahalı ovçarkasıdır. Belə ki, Kim ləqəbli it “Farmer Marts” tərəfindən təşkil edilmiş onlayn hərracda 38.8 min dollara (66 min manat) satılıb.

İtin sahibi fermer Dyul Cenkins bildirib ki, Kimin bir yaşı olmasına baxmayaraq, intellekti üç yaşlı ovçarkanın ağlına uyğun gəlir. O, fermadakı bütün işlərin öhdəsindən uğurla gəlir.

Qeyd edək ki, bundan öncəki rekord Henna ləqəbli itə məxsus olub. O, 2020-ci ilin oktyabr ayında 26 min dollara (44200) satılıb.