adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Fevral 2021 09:18
31417
ANALİZ
A- A+

ÜST: Dünyada bir həftə ərzində koronavirüsdan ölüm sayı 10 faiz azalıb

Koronavirusa yoluxanların sayı dünyada 8-dən 15 fevraladək əvvəlki həftəyə nisbətən 16 faiz, ölüm halları isə 10 faiz azalıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletenində bildirilib.

Məlumata əsasən, son həftə ərzində 2 726 974 nəfər koronavirusa yoluxdu (bundan əvvəlki həftəyə nisbətən 16 faiz az) və 81 340 ölüm halı (10 faiz az) qeydə alınıb.

15 fevral tarixi üçün dünyada 108 246 992 yoluxma və 2 386 717 xəstə ölümü faktı qeydə alınıb.

Digər Xəbərlər