adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Fevral 2021 08:57
57397
MARAQLI
A- A+

Xəstəxanaya cuman qəzəbli inək pasiyentləri ayaqları altına aldı - VİDEO

Qəzəbli inək xəstəxananın gözləmə zalına cumaraq pasiyentləri ayaqları altına alır.

“Daily Mail”in məlumatına görə, dəhşətli kadrlar Kolumbiyada qeydə alınıb.

Kadrlarda gözlənilməz hücumdan qorxan pasiyentlərin otağın küncünə qısıldığı görünür, lakin inək də onların dalınca düşür, bir qadını ayaqları altına alır.

Bunu görən başqa iki kişi birtəhər heyvanı otaqdan çıxarmağa çalışır. Lakin heyvan onların əlindən çıxaraq yenə qadının üstünə cumur. Uzun səydən sonra heyvanı xəstəxanadan çıxarmaq mümkün olur.

Məlumata görə, qadın yüngül travmalar alıb. Digər pasiyentlərə də yerində tibbi yardım göstərilib.