28 il sonra Zəngilandakı evinə getdi - VİDEO
1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüş Sürəyyə Məmmədova doğma yurduna baş çəkib.
Azvision.az -ın məlumatına görə, 28 ildən sonra Zəngilana ayaq basan S.Məmmədova erməni işğalçıları tərəfindən dağıdılan İkinci Ağalı kəndinə gedib.
O, viran qoyulmuş evlərə, dağıdılmış qəbirlərə ürəkyanğısı ilə baxaraq, doğma yurdunu heç vaxt unutmadığını söyləyib.