adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Fevral 2021 11:11
96294
TEXNOLOGİYA
A- A+

Bu tətbiqlərin smartfonlardan silinməsi tövsiyə olundu

Smartfonlardan beş növ tətbiqin silinməsi tövsiyə edilib.

Modern.az-ın məlumatına görə, bu barədə rusiyalı ekspert Anton Blaqoveşenski məlumat verib.

Mütəxəssis, ilk olaraq zəng edənin kimliyini müəyyənləşdirən tətbiqetmələri silməyi tövsiyə edib, çünki onlar sahibinin adını nömrəsi ilə birlikdə “istəyən hər kəsə” verir.

 Bundan başqa, batareyaya qənaət tətbiqlərindən qurtulmaq məsləhət görülüb, çünki bunun heç bir effekti yoxdur.

“Ən yaxşı halda ən ağır proqramlar yaddaşdan boşaldılacaq, ancaq tezliklə daha çox sistem resursları xərclənərək yenidən yüklənəcək”, - deyə Blaqoveşenski bildirib.

Silinməsi tövsiyə edilən üçüncü tətbiq yaddaş təmizləyiciləridir. Onun sözlərinə görə, onlar yüklənən tətbiqləri yaddaşdan aqressiv şəkildə çıxardır, effekt isə qısamüddətli olur.

Silinə bilən tətbiqlərə fənər də daxil edilib. Çünki o, bütün mobil əməliyyat sistemlərinə daxil edildiyindən belə bir aləti yükləməyin mənası yoxdur. Eyni zamanda, yüklənmiş fənərlər tez-tez kontaktlara, zəng siyahısına və ya mesajlara giriş tələb edir.

“QR kodu və sənəd skanerlərindən də qurtulmağa dəyər. Çünki bu xüsusiyyətlər kamera tətbiqinə və Google Drive-a daxildir”, - deyə ekspert əlavə edib. Mütəxəssis xatırladıb ki, bu yaxınlarda sözügedən  tətbiqlərdən birində zərərli funksionallıq üzə çıxmışdı.