adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qlobal istiləşmə fonunda koronavirus - Orxan Saffari yazır

Orxan Saffari
73518 | 2021-02-08 13:11

Gözümü açandan eşitdiyim coğrafi məsələlər içində hələ də eşitməyə davam etdiyim bir şey var;

Qlobal istiləşmə...

Nədənsə, hər il müəyyən vaxta bu söhbət yenidən qızışmağa başlayır, qlobal istiləşmənin astanasında olduğumuzu deyirlər. Mən universitetə hazırlaşanda coğrafiya müəllimim də deyirdi bunu. Hələ də deyir. Amma bu istiləşmə nədirsə, gəlmir. Nədir qlobal istiləşmə? Nəticələri nə olar? Azca coğrafi bilikləri olan adamlar bilər. Qlobal istiləşmə ilk olaraq iqlim dəyişkənliyi, heyvan növlərinin nəslinin kəsilməsi, ozon qatının deşilməsi, havanın çirklənməsi hazırda ətraf mühitin başlıca problemləridir. Təbii. Təbiət bu cür cuşa gəlsə, biz insanlar üçün də yaxşı olmaz. Amma dünyada gedən son proseslərlə sanki bunun bir əlaqəsi varmış kimi durur. Bəli. Söhbət koronovirusdan gedir. Virus fonunda dünyanın "həbs" edilməsi, təbiətin bir az da azadlığa çıxmasına səbəb oldu. Dünya üzrə hava reysləri dayandı, fabrik-zavodlarin fəaliyyəti səngidi, maşınlar azaldı və.s. Nəticədə nə oldu? Coğrafi biliklərinizi işə salın. Ozon qatının deşilmə təhlükəsi azaldı, hava təmizləndi, təbiətə yeni nəfəs gəldi. Kəsilən hər zəhərli qaz təbiətə ruh verdi. Hava siklonları az da olsa özünə gəldi. Bəli. İllərdir qar yağmayan Avropaya da qar yağdı. Hətta illərdir biz də görmədiyimiz qarı cüzi də olsa daddıq.

Bəs, qlobal istiləşmə? Alimlər nə qədər reallıq kimi görsələr də bunu, deyəsən, tam olaraq elə deyil. Ən azından proseslər hələki o yöndə getmir. Hələ hələ bu proseslərin içində daha da qarşısı alınır. Əgər olacaqsa. Bəlkə də elə qlobal istiləşmə in qarşısı bu cür alınacaq. Artıq bir ildir ki, nizama düşən səma əsl üzünü yenidən göstərməyə başlayır. Ən azından havaya buraxılan zərərli qazlar bunun qarşısını o ki, var alır. Çünki qlobal istiləşmənin əsas səbəbi yerin orta səthi temperaturunun zərərli qazlar səbəbindən yüksəlməsidir. Belə olan halda karbon dioksid, metan kimi qazlar istiliyi çəkərək özündə saxlayır və torpaqdan çıxmasına imkan vermir. Necə ki, statistika da bunu göstərirdi. Ötən əsr ərzində yerdə temperaturun 0,8 dərəcə yüksəldiyi açıqlanmışdı. Temperatur artımı əsasən əsrin son 25 ilinin payına düşüb. Səbəb nə idi? Dediyimiz kimi, sənaye sahəsinin sürətli inkişafı, təbiətin çirkləndirilməsi,(qazlar vasitəsi, tullantılar) meşələrin qırılması və.s
Yəqin ki, yeni statistika dünyanın mövcud durumuna görə belə olmayacaq.

Qlobal istiləşmə fonunda statistikalar çoxdur. Çoxunu da eşitmişik. Məsələn, 2040-ci ilədək Arktik ərazilərdə buzların tamamilə əriməsi məsələsi. Açığı, bu, bir qədər reallıqdan uzaq görsənir. Yox, belə olsa, onda dünyanın başı sağ olsun.

Amma bu, buzlaqlar ərimədi də deyil. Məsələn, 1910-cu ildə 150 buzlağa malik olan “Montana” milli buz parkında hazırda cəmi 25 buzlaq var. Ciddi problemdir, virus haqqı.

Qlobal istiləşməni göstərən digər məsələlərə həm də bu daxildir; Ekstremal hava dəyişiklikləri- meşə yanğınları, quraqlıq, tropik qasırğalar... Mövcud vəziyyət bunu bir az da azaltdı. Son illər cəmi bir meşə yanğını gördük iri həcmli.

Qlobal istiləşmə haqqında deyilmiş ən ciddi və təhlükəli iddialardan biri də 2100-cü ildən orta temperatur göstəricilərinin 5,8 dərəcə yüksələcəyi proqnozudur. Kim o dövrdə yaşayacaqsa, belə olsa, onlara görə çox üzülürəm. Çünki kütləvi qida, su qıtlığı dünyanı lərzəyə sala bilər. Çalışaq, təbiət ana ilə yaxşı davranaq. Yoxsa, bu, heç də yaxşı nəticələnməyəcək.

Bəli. Virusun fonunda Qlobal istiləşmə qaldı yana-yana. Dünya yeni dövrə qədəm qoydu. Virusun dünya üçün nəticələri haqqında çox yazılıb, çox danışılıb. Eyni şeyləri təkrarlamağa nə ehtiyac? Bizim üçün əsas məsələ istiləşmədir, o da artıq həllini tapdı. Birbaşa olaraq bu söhbətlər yığışıldı.

Həəə. Bu da var idi axı. Qlobal istiləşmə davam etsə, etsəydi, meydana olduqca təhlükəli mikrob və viruslar gələcəkdi. Deyəsən, biz dünyanın başını coronovirusla "bağladıq".

Yəqin ki, çox keçməz, bu virus da çəkilib gedər, qlobal istiləşmə hazırkı kimi səngiyər, insanlar bunların heç birindən təşvişə salınmaz, təbiət anadakı heç də. Vaxtı vaxtında qarımızı, yağışımızı verər. Necə ki, bu düzən yerinə qayıdıb. Bizdən aldığı çox şey olsa da, azı bunu qaytardığına görə virusa həm də təşəkkür düşür.

TƏQVİM / ARXİV