adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Fevral 2021 12:43
44465
ƏDƏBİYYAT
A- A+

Həsən ilə Hüseynin həsrəti su!

"Qazanın qarşısına bir su çıxdı.

Qazan dedi:

"Su, Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim!”.

Görək, xanım, necə xəbərləşdi. Qazan deyir:

Çağlayaraq qayalardan çıxan su!

Ağac gəmiləri atıb-tutan su!

Həsən ilə Hüseynin həsrəti su!

Bağ ilə bostanın zinəti su!

Ayişə ilə Fatimənin baxışı su!

Şahanə atların içdiyi su!

Qızıl dəvələrin gəlib keçdiyi su!

Çevrəsində ağ qoyunların yatdığı su!

Yurdumdan bir xəbər bilirsənsə, de mənə!

Dərdli başım qurban olsun, suyum, sənə!

Su necə xəbər versin?! Sudan keçdi, bu dəfə bir qurda rast gəldi"

Kitabi- Dədəm Qorqud

Paylaşdı: Azər Sarıoğlu