adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Fevral 2021 11:19
24182
ANALİZ
A- A+

"Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə  ümumdövlət vəzifəsidir"

"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi haqqında Qanun lahiyəsi ilə bağlı Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə (məs. əsasən narkotik vasitə almaq üçün pul əldə etməkdən ötrü oğurluq, souyğunçuluq və s. kimi cinayətlər), cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.

Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə də beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılmış, təkmilləşdirilmiş və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar – Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)”, 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və uğurla həyata keçirilmişdir.

Bu tədbirlərin davamı kimi Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli, 1334 nömrəli sərəncamı ilə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün dövlət proqramı təsdiq edmiş və icrası bu gün də uğurla davam etdirilir.

Məhz həmin dövlət proqramının 4.2-ci bəndində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Bu hal həm də «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə mübarizə haqqında» 1988-ci il Beynəlxalq Konvensiyası, Birləşmiş Millətlər təşkilatının «Narkotik vasitələr haqqında» 1961-ci il vahid konvernsiyası və «Psixotrop vasitələr haqqında» 1971-ci il konvensiyası ilə dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilməsi, lakin Azərbaycan Respublikasının müvafiq qanunlarında bu dəyişikliklərin öz əksini tapmaması ilə əlaqədar olmuşdur.

Qanunvericiliklə müəyyən edilən siyahılarda belə narkotik vasitələr və psixotrop maddələr olmadığından onların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri cinayət məsuliyyətinə cəlb edtmək mümükün olmur.

Bundan əlavə, ölkə ərazisində yeni növ narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsinin aşkar edilməsi artıq bu barədə qanuna və müvafiq siyahılara dəyişiklik edilməsini zəruri etmişdir.

Qanun lahiyəsinə əsasən 53 yeni narkotik vasitə və 27 psixotrop maddə qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir.

Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaqdır. Nəticədə həmin narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər məsuliyyətdən kənarda qala bilməyəcəklər.

Əminə Ağazadə 
Milli Məclisin deputatı

Digər Xəbərlər