adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Yanvar 2021 21:20
47810
İDMAN
A- A+

İbrahimoviç klubundan üzr istədi

“Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç “İnter”lə oyunda etdiyi hərəkətdən peşman olub və klubdan üzr istəyib.

“Football Italia” xəbər verir ki, bu barədə “Milan” klubunun baş məşqçisi Stefano Pioli açıqlama verib.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən gün “İnter”lə oyunun ilk hissəsində rəqib komandanın hücumçusu Romelu Lukaku ilə mübahisə edib

Hər iki oyunçu bir-birilərini təhqir etdiyi üçün sarı vərəqə alıblar.

Lakin Z.İbrahimoviç oyunun ikinci yarısında növbəti dəfə sarı vərəqə alaraq komandasını azlıqda qoyub.