adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Yanvar 2021 15:37
32197
ANALİZ
A- A+

"Bayraktarların döyüşdə nə qədər faydalı olduğunu gördük" - PA rəsmisi

Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini, bayraktarların döyüşlərdə nə qədər faydalı olduğunu gördük. Bütün bunların arxasında böyük elmi potensial dayanır.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

Prezidentin köməkçisi bildirib ki, Türkiyə ilə Azərbaycan arasında elm sahəsində sıx əməkdaşlıq mövcuddur: “Qarşıdan gələn müddətdə bizim əsas məqsədimiz bu əməkdaşlığımızı daha da möhkəmləndirməkdir”.

H.Hacıyev qeyd edib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir, bu əməkdaşlıq heç kimin əleyhinə yönəlmir, regionda hər kəs bu əməkdaşlıqdan faydalana bilər.

"Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, regionda əməkdaşlıqdan faydalana bilər və onun üçün də yeni imkanlar açıla bilər".

Digər Xəbərlər