adalet.az header logo
  • Bakı 18°C
27 Yanvar 2021 11:02
38605
HADİSƏ
A- A+

Samux sakinindən silah götürüldü

Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibrli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfəng aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-nın Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.