adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Yanvar 2021 09:00
27585
HADİSƏ
A- A+

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Adalet.az -a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.