adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Yanvar 2021 10:10
45220
TEXNOLOGİYA
A- A+

“Google” Avstraliyada internet axtarış sistemini bağlaya bilər

“Google” şirkəti Avstraliya hökumətini ölkədə internet axtarış sistemini bağlamaqla təhdid edib.

Bu barədə “Sydney Morning Herald” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Avstraliyada texnologiya nəhənglərindən yerli nəşriyyat və yayım şirkətləri ilə məzmun ödənişləri barədə danışıqlar aparmasını tələb edən qanun layihəsi hazırlayır.

Layihəyə əsasən, razılaşma olmadığı təqdirdə, qiymət dövlət tərəfindən təyin edilmiş bir hakim tərəfindən müəyyən olunacaq. Bu isə əlbəttə ki, “Google” kimi şirkətlərin maraqlarına cavab vermir.  

Avstraliya Senatındakı dinləmələr zamanı şirkətin regional direktoru Mel Silva “Qanunvericiliyə ediləcək dəyişikliklərin ardından Avstraliyada xidmətlərimizə davam edə bilməyəcəyik”, - deyə qeyd edib.

Baş nazir Skot Morrison da öz növbəsində, hökumətin təhdidlərə cavab verməyəcəyini söyləyib.